20 Dekabr 2020, 17:49
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. ümumən futbolçular pis oynamadı. Hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram".