21 Dekabr 2020, 12:17
MPL
"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi 12-ci turun "Qəbələ" ilə matçına (1:1) təsadüf edib.
200-cü görüşünü keçirən arxa xətt oyunçusunun aktivində 4 qol var. Onun Premyer Liqada debütü 2011/12 mövsümünə təsadüf edib.
Həmin vaxt "Sumqayıt"ın heyətində şans qazanan Bədavi ölkə çempionatında indiyədək iki klubda forma geyinib. O, "Sumqayıt"da 26 oyuna çıxıbsa, "Qarabağ"da 174 matçda 4 dəfə fərqlənib.