Qeyd edək ki, "Neftçi" Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. "Ağ-qaralar" həmin gün "Səbail"in qonağı olacaq.

"Neftçi" PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, komanda yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi"ndə təlim-məşq toplanışı keçəcək.
 
Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcək.
 
Qeyd edək ki, "Neftçi" Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. "Ağ-qaralar" həmin gün "Səbail"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest