"Mən burada yeni bir komanda qurmağa çalışıram. Bəli, vacib oyunçular oyunu buraxacaqlar. Ancaq komanda enerji yığır, ən qısa müddətdə meydana necə daxil olacağını görür və qələbə naminə bütün gücünü verəcək"

"Oyuna hazır olacağıq". Matc.az xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Maurisio Poçettino deyib. 
 
çempionlar Liqasında 1/8 final mərhələsinin "Barselona" ilə ilk oyunu öncəsi fikirlərini açıqlayan mütəxəssis hər şeyə sakit yanaşdığını bildirib: "Cəmi qırx gündür burda olduğum üçün bu, xüsusi bir görüşdü. "Barselona" ilə matçın komanda üçün vacib olduğunu hiss edirəm. Mən hər şeyə sakit yanaşıram. Baş verənlər bunu dəyişdirilə bilməz. Komanda əvvəlki kimi deyil. Mən burada yeni bir komanda qurmağa çalışıram. Bəli, vacib oyunçular oyunu buraxacaqlar. Ancaq komanda enerji yığır, ən qısa müddətdə meydana necə daxil olacağını görür və qələbə  naminə bütün gücünü verəcək".  
 
Poçettinonun sözlərinə görə, komandasında fövqəladə atmosfer və birlik var: "Əsas məqsədimiz çempionlar Liqasının qalibi olmaqdı. Bu futbolçular klub və onun tarixi üçün bir şey etmək istəyirlər. Biz PSJ-nin öz xarakterinə sahib olmasını istəyirik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest