Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Keşlə" – "Zirə" görüşü Elçin Məsiyevə tapşırılıb.
 
"Neftçi" – "Qəbələ" oyununu isə İnqilab Məmmədov idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
XVI tur
20 fevral
 
"Keşlə" – "Zirə"
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. "ASK Arena", 16:00.
 
"Neftçi" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Bakcell Arena", 18:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest