UEFA çempionlar Liqasının (çL) 1/8 final mərhələsinin İtaliya "Latsio"su ilə oyun Almaniya çempionu "Bavariya" və onun bəzi futbolçuları üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, bu oyundan 4:1 hesablı qələbə ilə ayrılan Münhen təmsilçisi səfərdəki ən uzun məğlubiyyətsizlik rekorduna imza atıb.
 
Belə ki, Almaniya nəhəngi 2017-ci ildən bəri çL çərçivəsində keçirdiyi səfər oyunlarında məğlubiyyətlə üzləşməyib. "Bavariya" bununla da 2007-2010-cu illər aralığında ardıcıl 16 səfər oyununda məğlubiyyət tanımamış "Mançester Yunayted"in rekordunu qırıb. Münhenlilərin hesabında isə artıq 18 məğlubiyyətsiz səfər oyunu var. "Bavariya" bu oyunlarda 17 qələbə qazanıbsa, cəmi bir oyunda heç-heçəyə razılaşıb.
 
Bu oyunda qol vuran "Bavariya"nın hücumçusu Robert Levandovski də turnirdəki qollarının sayını 72-yə çatdırıb. Polşalı hücumçu bu göstərici ilə çL tarixinin ən sərrast oyunçularının siyahısında 3-cü pilləyə yüksəlib. 33 yaşlı forvard İspaniya "Real"ının əfsanəvi futbolçusu Raul Qonsalesi geridə qoyub. İspan hücumçu çempionlar Liqasında 71 qola imza atmışdı. İlk pillədə "Yuventus"un hücumçusu Kristianu Ronaldo qərarlaşıb. Onun aktivində 134 qol var. "Barselona"nın hücumçusu Lionel Messi isə 119 qolla ikincidir.
 
"Bavariya"nın ikinci qolunu vuran Camal Musiala da çL-də qol vuran ən gənc (17 il, 363 gün) ingilis futbolçu olub. İki gün sonra 18 yaşına girəcək Musiala, çL-də qol vuran ən gənc ikinci futbolçuya çevrilib. 
 
"Latsio" ilə görüş Münhen təmsilçisinin daha bir üzvü Yozua Kimmix üçün də əlamətdar olub. O, 50 çempionlar Liqası görüşündə iştirak edib və bunların 38-də meydanı qələbə ilə tərk edib. Bu isə nəinki klub, hətta çL tarixində mütləq rekorddur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest