İspaniya Primyerasının 27-ci turunda autsayder "Hueska"nı 4:1 hesabıyla yenən "Barselona"nın superulduzu Lionel Messi dublla yadda qalıb. Matc.az xəbər verir ki, bununla cari mövsümdə çempionatda vurduğu qolların sayını 21-ə çatdıran argentinalı bombardirlər sırasında liderliyini möhkəmlədib.
 
Cənubi amerikalı futbolçu yeni rekord da müəyyənləşdirib. Belə ki, Messi Primyera tarixində ardıcıl olaraq 13 mövsümdə 20 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.
 
Qeyd edək ki, bu oyun həm də Lionelin İspaniya elitasında 767-ci matçı olub. O, Kataloniya təmsilçisinin formasıyla çıxdığı rəsmi oyun sayına görə hazırda Qətər "Əl-Sədd"ini çalışdıran Xaviyə çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest