"Bu yaxınlarda İrlandiya yığması ilə oynadıq və onların da yaxşı rəqib olduqlarını bilirik. Lüksemburq və Azərbaycan millisi də bəzi keyfiyyətlərə sahibdir. Buna görə də, seçmə mərhələni keçmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik"

Serbiya milli komandasının kapitanı Duşan Tadiç FİFA-nın rəsmi saytına müsahibə verib.
 
Matc.az xəbər verir ki, Niderlandın "Ayaks" klubunda çıxış edən 33 yaşlı hücumçu, Dç-2022-nin seçmə mərhələsinin oyunları ilə bağlı da fikirlərini bildirib:
 
"Qrupumuz sıxdır və yalnız bir komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaq. Portuqaliya güclü komandadır və bizim üçün ən çətin rəqib onlardır. Bu yaxınlarda İrlandiya yığması ilə oynadıq və onların da yaxşı rəqib olduqlarını bilirik. Lüksemburq və Azərbaycan millisi də bəzi keyfiyyətlərə sahibdir. Buna görə də, seçmə mərhələni keçmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik".
 
Serbiya yığması martın 24-da İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest