19 Mart 2021, 12:46
DÇ-2026
Futbol üzrə Serbiya milli komandasının müdafiəçisi Stefan Mitroviç Dç-2022-nin seçmə mərhələsinin oyunlarında iştirak etmək istəyir.
Matc.az xəbər verir ki, Fransanın "Strasburq" klubunda çıxış edən futbolçu, koronavirusa görə tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, seçmə mərhələnin oyunlarında iştirak etmək arzusundadır. Mitroviç, bununla bağlı "24sedam" nəşrinə açıqlama verib:
"Nə olacağını gözləyirik. Bu dəqiqə hər şey futbolçuların öz ixtiyarındadır. Düzdür, klubdan qadağalar var. ümid edirəm ki, məsələ tez həll olunar.
Yığmanın düşərgəsində olmalıyam, ən vacib olan milli komandadır. Serbiya Futbol İttifaqı bu məsələni həll etmək üçün çalışır. Hər kəs üçün bir yol tapacaqlarını bilirəm. Uşaqlarla mütəmadi danışırıq. Hər birimiz bu situasiyadan müsbət nəticə gözləyirik".
Serbiya millisinin Fransa klublarında çıxış edən üç futbolçusunun – "Reyms"in qapıçısı Predraq Raykoviç, "Strasburq"dan müdafiəçi Stefan Mitroviç, "Monpelye"dən isə yarımmüdafiəçi Mixailo Ristiçin Dç-2022-nin seçmə mərhələsinin oyunlarını buraxmaq təhlükəsi yaranıb. Hər üç futbolçu Fransadan çıxsa, yenidən bu ölkəyə qayıdanda 10 günlük karantində qalmalı olacaqlar. Bu, Fransada tətbiq edilən koronavirusla bağlı məhdudiyyətlərə görədir.
Serbiya millisi martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.