Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün ən yaxşıları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, İtaliya Futbolçular Assosiasiyasının versiyasına görə, ötən mövsümün komandası, futbolçusu və baş məşqçisi açıqlanıb.
 
ötən mövsümün ən yaxşı komandası "Atalanta" seçilib. Berqamo təmsilçisi 2019/20 mövsümünü 3-cü sırada bitirmişdi.
 
A Seriyasında ötən mövsümün ən yaxşı futbolçusu Kristiano Ronaldo seçilib. Portuqaliyalı hücumçu 31 qolla bombardirlər siyahısında 2-ci olmuşdu.
 
Maraqlıdır ki, qadın futbolu üzrə İtaliya çempionatında da ötən mövsümün ən yaxşı futbolçusu "Yuventus"lu Kristina Qirelli olub.
 
Ən yaxşı baş məşqçi adına isə "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.
 
Daniele Orsato ötən mövsümün ən yaxşı hakimi elan olunub.
 
A Seriyasında ötən mövsümün ən yaxşı futbolçulardan ibarət simvolik komandasına isə bunlar daxil edilib:
 
Qapıçı: Canluici Donnarumma (Milan);
 
Müdafiəçilər: Teo Ernandes (Milan), Stefan de Vrey (İnter), Leonardo Bonuççi (Yuventus), Robin Qosens (Atalanta);
 
Yarımmüdafiəçilər: Nicolo Barella (İnter), Alexandro Qomes (Atalanta), Luis Alberto (Latsio);
 
Hücumçular: Paulo Dibala (Yuventus), çiro İmmobile (Latsio), Kristiano Ronaldo (Yuventus).
 
Xatırladaq ki, ötən mövsüm A Seriyasında "Yuventus" çempion adını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest