Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Reyncers" (Şotlandiya) – "Slaviya" (Praqa, çexiya) matçıyla bağlı intizam işi açılıb.
 
Matc.az xəbər verir ki, "Slaviya"nın futbolçusu Ondrey Kudelanın "Reyncers"in futbolçusu Qlen Kamaraya qarşı irqçi ifadələr işlətdiyi iddia olunur.
 
Matç zamanı futbolçular arasında qalmaqal yaşanmışdı. UEFA sözügedən məsələ ilə bağlı intizam işi açıb.
 
"Slaviya" iki oyunun nəticəsinə görə (ilk oyun 1:1, cavab matçı 2:0) "Reyncers"i Avropla Liqasından kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest