Sabah 2022-ci il dünya çempionatının seçmə oyunlarına start veriləcək. Matc.az xəbər verir ki, mübarizəyə öncə A, D, E, G, H, ertəsi gün martın 25-də isə B, C, F, İ və J  qruplarında yer alan yığmalar başlayacaq. Final mərhələsində vəsiqələr uğrunda 55 komanda 10 qrupa bölünüb. Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.

Azərbaycan millisi A qrupunda yer alıb. İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.

24 mart
A qrupu
Portuqaliya – Azərbaycan
Serbiya – İrlandiya

D qrupu
Fransa – Ukrayna
Finlandiya - Bosniya

E qrupu
Estoniya – çexiya
Belçika – Uels

G qrupu
Türkiyə - Niderland
Latviya – çernoqoriya
Qibraltar - Norveç

H qrupu
Malta – Rusiya
Sloveniya – Xorvatiya
Kipr – Slovakiya

25 mart
B qrupu
İspaniya – Yunanıstan
İsveç – Gürcüstan

C qrupu
Bolqarıstan – İsveçrə
İtaliya – Şimali İrlandiya

F qrupu
İsrail – Danimarka
Şotlandiya – Avstriya
Moldova – Farer adaları

İ qrupu
İngiltərə - San-Marino
Macarıstan – Polşa
Andorra – Albaniya

J qrupu
Almaniya – İslandiya
Rumıniya – Makedoniya
Lixtenşteyn – Ermənistan

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest