"Portuqaliya millisi qrupun favoritidir və sonadək belə qalmalıdır. Onlar digər komandalardan üstündürlər. Amma rəqiblərin gücündən asılı olmayaraq, hər oyuna eyni şəkildə hazırlaşmaq lazımdır. Meydana hər zaman qələbə qazanmaq üçün çıxmalısan".
 
Matc.az xəbər verir ki, bu sözləri Portuqaliya yığmasının sabiq futbolçusu Abel Şavyer Dç-2022-nin seçmə mərhələsinə barədə  "Lusa" nəşrinə açıqlamasında deyib.
 
O bildirib ki, xüsusilə Azərbaycan və Lüksemburq kimi yığmaları qiymətləndirməmək olmaz: "Portuqaliya millisinin böyük təcrübəsi var. Onların son illərdə qazandığı uğur rəqibləri qorxudur. Düşünürəm ki, bu, normal haldır. Komanda ən yüksək hədəflərə çatmaq üçün hazırkı tempi qorumalıdır".
 
Qeyd edək ki, A.Şavyer 1993 - 2003-cü illərdə Portuqaliya yığmasının heyətində 20 oyuna çıxıb. O, ölkəsinin "Benfika", Niderlandın PSV, İngiltərənin "Liverpul", Türkiyənin "Qalatasaray" və İtaliyanın "Roma" klublarının şərəfini qoruyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest