23 Mart 2021, 16:22
DÇ-2026
Bundan əvvəl Portuqaliya millisinin əsas qolkiperi Ruy Patrisiu və müdafiəçi Pepenin zədəli olduqları Azərbaycana qarşı oynamayacaqları bildirilmişdi.
Portuqaliya millisinin iki futbolçusu - qapıçı Ruy Silva və sol cinah müdafiəçisi Rafael Gerreyru Dç-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu böyük ehtimalla buraxacaqlar. Matc.az xəbər verir ki, sözügedən oyunçular zədə səbəbindən matç öncəsi son məşqə qatılmayıblar.
Bundan əvvəl Portuqaliya millisinin əsas qolkiperi Ruy Patrisiu və müdafiəçi Pepenin zədəli olduqları Azərbaycana qarşı oynamayacaqları bildirilmişdi.
Qeyd edək ki, İtaliyanın "Yuventus" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.