"Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq". Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev deyib.

Millimiz Dç-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə qarşılaşacaq. Medvedev bildirib ki, rəqibin  oyunlarını izləyiblər: "Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var. Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik".

Portuqaliya millisinə qarşı daha əvvəl oynadığını bildirən Medvedevin müqayisə də aparıb: "Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest