Dç-2022-nin seçmə mərhələsində bu gecə millimiz Turində Portuqaliyanın qonağı olacaq. Bu görüşlə bağlı Azərbaycan milli komandasının sabiq müdafiəçisi Aftandil Hacıyev açıqlama verib. "Səbail"in baş məşqçisi ilk oyunların həyacanlı olduğunu bildirib: "Bu gün hər iki komanda üçün çətinlik qaçılmaz olacaq. Portuqaliya ilə görüşdə milli komandaya inamımız böyükdür. Düzdür, əsasən yerli çempionatımızın futbolçularıdır, gənclərdən ibarət yığılmış heyətimiz var. Bununla belə, ən azı yaxşı oyun sərgiləyəcəklərinə inanırıq".
 
Aftandil Hacıyev Portuqaliyadan xal almağın mümkünsüz olmadığını da qeyd edib: "Niyə də yox? Buna qədər artıq Portuqaliya ilə 1999-cu ildə 2 gün davam edən görüşü 1:1 hesablı heç-heçə ilə başa vurmuşuq. Düşünmürəm rəqibin o vaxtkı heyəti indikindən zəif idi. Sadecə,  futbolçularımız inamla oynamalıdırlar. Hətta deyərdim bu gün görüşün azərkeşsiz keçirilməsi belə bizim xeyrimizədir. üstəlik neytral meydan amili də var. Dəfələrlə şahidi olmuşuq ki, belə görüşlər qonaq komandanın üstünlüyü şəraitində keçir. Bu gün bəzi amillər millimizin oyundan xalla ayrılmağına səbəb ola bilər". qol.az
 
Xatırladaq ki, bu gecə Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest