25 Mart 2021, 09:31
DÇ-2026
FİFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə oyununa təyinat alıb. Matc.az xəbər verir ki, o, F qrupundakı Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki "Herninq Arena"da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.