Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Kriştianu Ronaldo Azərbaycan yığması ilə oyunda rekorda imza atıb. Matc.az xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.
 
Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.
 
Bununla da Ronaldo Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest