Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan  Çalhanoğlu ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə heç-heçə etdikləri matç (3:3) barədə fikirlərini bölüşüb.
 
26 yaşlı yarımmüdafiəçi bu haqda öz Tvitter hesabında paylaşım edib. O, sözügedən görüşdə qalib gəlmədikləri üçün bütün komandanın məyus olduğunu bildirib: "Dünən gecə çox pis olduq. Heç birimizin gözünə yuxu getməyib. Ancaq bu o demək deyil ki, biz çalışmaqdan əl çəkəcəyik. Biz özümüzə inanırıq və ölkəmizin dəstəyini daim hiss edirik. Heç kim bizim hədəfimizə çatmaq üçün mübarizə aparacağımıza şübhə etməsin".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest