"Problemin nə olduğunu bilmirəm. Rəqib yaxşı müdafiə olundu və əks-hücumda qol vurdu. Bizim də imkanlarımız var idi. Təəssüf ki, bunlardan istifadə edə bilmədik"

"Neftçi"nin mərakeşli futbolçusu Sabir Buqrinin müsahibəsi...

- Favorit sayılsaz da, son matçda "Sumqayıt"a məğlub olduz. Nə baş verdi?
- Hər şey sadədi. Biz yaxşı oynamadıq. Buna görə də məğlub olduq. Futbolda belə şeylər baş verir. Favoritlər həmişə qələbə qazanmır.

- Problem nə idi?
- Problemin nə olduğunu bilmirəm. Rəqib yaxşı müdafiə olundu və əks-hücumda qol vurdu. Bizim də imkanlarımız var idi. Təəssüf ki, bunlardan istifadə edə bilmədik.

- Komanda fasiləyə qədər qələbələri sıralayırdı. Yaxşı hazırlaşa bilmədiz?
- Xeyr, əslində, kifayət qədər yaxşı hazırlıq keçmişik. Sadəcə, bəzən pis günlər olur. ötən bazar da bizim üçün onlardan biri idi.

- "Qarabağ" "Keşlə" ilə heç-heçə edib, 1-ci yerə yüksəldi. üstünlüyü əldən verməyiniz barədə nə deyə bilərsən?
- Hələ heç nə itirilməyib. Hər şey mümkündü. Qarşıda 7 tur var. Hər matçda qələbə qazanmalıyıq. Rəqiblərə yox, yalnız öz oyunumuza fokuslanmışıq.

- Komandada ab-hava necədi? çempionluğa inamınız azalmayıb?
- Əlbəttə ki, yox. çempion olacağımıza inanırıq. Hər şey mümkündü.

- Keysuke Honda "Neftçi"də rəsmi debütünü etdi. Onunla oynamaq necə hissdi?
- Honda ilə bir komandada oynamaq yaxşı hiss etdirir. Böyük futbolçudu və komandamıza kömək edir.

- öz performansın barədə danışaq. Ən yaxşı oyununu göstərə bilirsən?
- Əlimdən gələni edirəm. Fikrimcə, ən yaxşı oyunum "Səbail"ə qarşı olub. Həmin matçda 2 qol vurmuşdum.

- Fərdi oyuna üstünlük verir və çoxlu driblinq edirsən. Rəqib müdafiəçilər belə zəifdi?
- Xeyr, onlar zəif deyil. Bu sadəcə Mərakeş stilidi. Abdullah Zubirə baxın. O da belə oynayır.

- Samir Abasovun baş məşqçi təyin edilməsindən sonra meydanda daha aktiv görünürsən. Bu, nə ilə bağlıdı?
- Samir Abasov möhtəşəm məşqçidi. Onun taktikasını və hücum futbolu istəməsini çox xoşlayıram. O da mənə etimad göstərir. Mən bu stildə futbolu sevirəm.

- "Neftçi" azarkeşlərinin sevimli futbolçularındansan. Hətta səni komandanın ən yaddaqalan üzvlərindən Flavinyoya bənzədənlər var. Burda uzun illər qalmağı düşünürsən?
- Azarkeşlərin məni sevməsi, dəstək olması və məni Flavinyo ilə müqayisə etmələri mənə motivasiya verir. Gələcəkdə nə baş verəcəyini indidən deyə bilməyəcəm. Yaşayarıq, görərik. İndi tamamilə bu mövsümə köklənmişəm və çempion olmaqda "Neftçi"yə kömək etmək istəyirəm.

- Azərbaycan Premyer Liqasını əvvəl oynadığın çempionatlarla müqayisə etsən... eyni komanda ilə mövsümdə 4 dəfə oynamaq sıxıcı deyil?
- Azərbaycan Premyer Liqasının səviyyəsi yaxşıdı. Bura gəlməzdən əvvəl oynadığım Lüksemburq çempionatından yüksəkdi. Deyərdim ki, çempionatınız Belçika liqasına oxşayır. 8 komanda olmasına gəlincə, bu, sıxıcı yox, daha çətindi. çünki bütün komandalar mübarizə aparır, hər oyun, hər xal böyük əhəmiyyət daşıyır. futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest