"Lakin turnirin bu mərhələsində hər şey əzmkarlıq, iradə və xarakterlə həll olunur. Bu gün sübut etdik ki, yarımfinalda oynamağa hazırıq"
"İnanılmaz duyğudur". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.
İngiltərə təmsilçisi çempionlar Liqasının cavab oyununda da Dortmund "Borussiya"sı üzərində 2:1 hesabı qələbə qazanaraq yarımfinala yüksəlib. Qələbə barədə danışan Qvardiolanın fikrincə, komandası tarix yazır: "Komandamız ikinci dəfə yarımfinala yüksəldi. çox həyəcanlıyıq. Biz tarix yazırıq".
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan da fikirlərini bölüşüb. O bildirib ki, çempionlar Liqasında yarımfinala yüksəlmək asan deyil: "Bunun nə qədər çətin olduğunu bilirik. "Borussiya"nın çox böyük uğurları var. Həmişə demişəm ki, öz oyununu tapanda istəilən rəqibi məğlub edə bilərlər. Lakin turnirin bu mərhələsində hər şey əzmkarlıq, iradə və xarakterlə həll olunur. Bu gün sübut etdik ki, yarımfinalda oynamağa hazırıq".