İngiltərənin "Nottingem Forest" klubunun portuqaliyalı vingeri Jota Silva "Beşiktaş"a keçib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyə klubu 26 yaşlı futbolçunu 2026-cı il iyunun 30-dək 2,5 milyon avroya icarəyə götürüb. Dəyəri 15 milyon avro olaraq qiymətləndirilən futbolçunu "Beşiktaş"ın almaq opsiyası da var.

Qeyd edək ki, "Nottingem Forest"in heyətində Jota Silva 38 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest