Bu həftə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.
 
Matc.az xəbər verir ki, "Qəbələ" ilk oyun günündə "Sumqayıt"la qarşılaşacaq.
 
"Qırmızı-qaralar" cari mövsümün üç oyununda uduzmadığı "Gənclik şəhəri" təmsilçisinin qonağı olacaq. Son iki matçda eyni – 1:0 hesabı ilə qalib gələn komanda bu dəfə səfər sınağına çıxacaq. Sumqayıtdakı "Kapital Bank Arena"da təşkil olunacaq qarşılaşma iki komanda arasında 36-cı duel kimi tarixə düşəcək. İndiyədək 35 dəfə üz-üzə gələn rəqiblərin görüşlərində üstünlük "Qəbələ"nin tərəfindədir. Aktivində 21 qələbə olan "qırmızı-qaralar" 10 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 57 top keçirən "Qəbələ" futbolçuları 25 top buraxıblar. "Qəbələ"nin "Sumqayıt"la matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 top var.
 
"Qəbələ" və "Sumqayıt" Premyer Liqa çərçivəsində 35-ci dəfə görüşəcək. çempionatdakı 34 görüşdən 20-də üç xala sevinən komanda 10 dəfə bir xalla kifayətlənib və yalnız 4 dəfə uduzub. "Qırmızı-qaralar" bu oyunlarda 56 qol vurub, 25-ni buraxıb.
 
17-ci dəfə "Sumqayıt"ın qonağı olacaq "Qəbələ" səfərdə 16 oyun keçirib. Rəqib meydanından 7 dəfə qalib dönən "Qəbələ" futbolçuları 6 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib. Səfərdə 23 qol vuran komanda 15 top buraxıb.
 
Xatırladaq ki, aprelin 16-da keçiriləcək "Sumqayıt" - "Qəbələ"  matçı saat 20:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest