Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Əvvəlcə “Keşlə” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun qapanış matçında isə “Neftçi” “Zirə”ni qəbul edib. “Ağ-qaralar” bu görüşdə darmadağınla qalib gəliblər.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Səbail”lə heç-heçəyə (1:1) razılaşıb, “Sumqayıt” “Qəbələ” üzərində qələbəyə sevinib – 2:0.

Azərbaycan Premyer Liqası
23-cü tur

17 aprel

“Keşlə” – “Sabah” 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov.
Bakı. “ASK Arena”.

Keşlə: 85. Kamal Bayramov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Sabah: 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko.
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 31. Rustam Samigullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov.
Baş məşqçi: Ramin Quliyev.

“Neftçi” – “Zirə” 4:0
Qol: N.Ələsgərov, 47; 76. M.Abbasov, 74. S.Monroz, 90+2.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest