Futbol üzrə çexiya Super Liqasında mövsümün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Praqanın "Slaviya" komandası 30-cu turda "Viktoriya"nı məğlub edərək (5:1), sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
30 turdan sonra 78 xal toplayan "Slaviya" rəqibləri üçün əlçatmaz olub. Praqa təmsilçisi ən yaxın izləyicisi "Yablonets"i 16 xal qabaqlayır.
 
"Slaviya" ardıcıl 3-cü dəfə Super Liqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest