Futbol üzrə Almaniya çempionatında 30-cu turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, günün yeganə matçı "Herta" ilə "Frayburq" arasında baş tutub.
 
Meydan sahibləri bu oyunda 3 cavabsız qolla qələbə qazanıblar. Bu nəticədən sonra "Herta" 30 xalla 14-cü pillədə qərarlaşıbsa, "Frayburq" 41 xalla 9-cudur. "Herta"nın ehtiyatda daha bir oyunu var.
 
Xatırladaq ki, ötən ay "Herta"nın kollektivində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün, bu komandanın üç oyunu təxirə salınmışdı.
 
Almaniya Bundesliqası
30-cu turun oyunu
3 may
 
Herta – Frayburq 3:0
Qol: Pyontek, 13. Pekarik, 22. Radonyiç, 85.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest