Azərbaycan yığması Kazana 10 idmançı ilə qatılmışdı. Onlardan yalnız biri fəxri kürsüyə qalxmağı bacarıb. Murad Fətiyev üçüncü yeri tutmaqla yanaşı, aktivinə daha 500 xal yazdırıb və Tokio Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Rusiyanın Kazan şəhərində təşkil olunan "Böyük dəbilqə" turniri başa çatmaq üzrədir. Matc.az verir ki, yarışların sonuncu günü Azərbaycanın daha 1 cüdoçusu mübarizə aparıb. + 100 çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb. O, ilk görüşündə qələbə qazansa da, 1/8 finalda uduzub. 
Qeyd edək ki, Azərbaycan yığması Kazana 10 idmançı ilə qatılmışdı. Onlardan yalnız biri fəxri kürsüyə qalxmağı bacarıb. Murad Fətiyev üçüncü yeri tutmaqla yanaşı, aktivinə daha 500 xal yazdırıb və Tokio Olimpiya Oyunlarına lisenziyanı təmin edib. 

Böyük Dəbilqə
7 may
Kişilər

Feyziyev ilk görüşündə slovakiyalı Marius Fizel üzərində təmiz qələbə qazansa da, 1/8 finalda Rafael Silvaya (Braziliya) uduzub. 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest