Türkiyəyə səfər edənlər ölkəyə geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır. Bu üzdən də hazırda İngiltərə Futbol Assosiasiyası UEFA ilə ÇL-in finalının Türkiyədə yox, elə İngiltərədə keçirilməsinin mümkünlüyünü müzakirə edir.

Futbol üzrə UEFA çempionlar Liqasının finalı bu il də İstanbulda keçirilməyə bilər. Matc.az xəbər verir ki, UEFA yenə çL-in həlledici oyununun Türkiyədən alınıb başqa ölkəyə verilməsini nəzərdən keçirir. Finalda iki İngiltərə təmsilçisi - "Mançester Siti" ilə "çelsi" klubları üz-üzə gələcək. Həlledici qarşılaşma 29 mayda İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionuda baş tutmalıdır.
 
Lakin koronavirus pandemiyasının yaratdığı problemlər bu il də finalın İstanbulda təşkilini sual altına salıb. Məsələ burasındadır ki, Böyük Britaniya koronavirus pandemiyası baxımından Türkiyəni səyahət edilməsi qadağan olunan ölkələrin qırmızı siyahısına daxil edib. Belə ki, Türkiyəyə səfər edənlər ölkəyə geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır. Bu üzdən də hazırda İngiltərə Futbol Assosiasiyası UEFA ilə çL-in finalının Türkiyədə yox, elə İngiltərədə keçirilməsinin mümkünlüyünü müzakirə edir. UEFA-nın bu məsələ ilə bağlı tezliklə yekun qərar verməsi gözlənilir. 
 
Qeyd edək ki, çempionlar Liqasının final matçı ötən il də İstanbulda keçirilməli idi. Lakin pandemiya səbəbindən UEFA həm yarımfinal qarşılaşmalarını, həm də final görüşünü Portuqaliyada təşkil etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest