İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Edinson Kavani ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Uruqvaylı futbolçu ilə yeni müqavilənin müddəti 2022-ci ilin iyununa qədərdir. Əvvəlki anlaşmanın müddəti bu yay başa çatacaqdı.
 
Qeyd edək ki, Kavani ötən ilin oktyabrında azad agenti kimi Mançester təmsilçisinə keçib. O, son 7 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Uruqvaylı forvard “qırmızı şeytanlar”ın heyətində bütövlükdə 15 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest