İspaniya milli komandasının sabiq futbolçusu Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubu ilə müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Vissel Kobe" İnyesta ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
2018-ci ilin yayından Yaponiya klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi bu mövsüm üç oyuna çıxıb.
 
İnyesta 2002-2018-ci illər aralığında İspaniyanın "Barselona" klubunda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest