Azərbaycanın Yunan-Roma güləşçiləri Macarıstanda təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, Olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında yerli komanda ilə birgə Tokio Olimpiadasına hazırlıqları intensiv şəkildə davam etdirir.
 
Mayın 25-dən bu ölkədə təlim-məşq toplanışa start verən pəhləvanlarımız həm fiziki, həm də taktiki-texniki çalışmalarda iştirak edir.
 
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra hər iki güləşçimiz Polşanın paytaxtı Varşavada baş tutacaq (8-13 iyun) reytinq xarakterli beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest