Son olaraq "Benevento"nu çalışdıran Filippo İnzaqinin yeni iş yeri məlum olub.
 
Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Breşiya" komandasına baş məşqçi təyin olunub.
 
Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İnzaqi ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
İnzaqi ötən mövsüm A Seriyası təmsilçisi "Benevento"nu çalışdırırdı. "Benevento" mövsümü 18-ci sırada bitirərək, elita ilə vidalaşıb. Klub rəhbərliyi İnzaqinin müddəti bitən müqaviləsini yeniləməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest