Əldə etdiyimiz digər məlumata görə isə "Qarabağ" təcili şəkildə müdafiəçi axtarışlarına başlayıb. Klub Bədavinin yoxluğunda Konfrans Liqasının təsnifat matçlarında komandaya kömək edə biləcək stoper cəlb etməyə çalışır.

"Qarabağ" zədəli futbolçusu Bədavi Hüseynovdan bəd xəbər alıb. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi uzun müddət oynaya bilməyəcək.
 
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "FutbolPress"ə açıqlamasında ilkin müayinələrdən sonra futbolçunun təxminən 2 ay yaşıl meydanlardan kənar qalacağını söylədi. Bu isə o deməkdi ki, Bədavi komandanın yay təlim-məşq toplanışını buraxacaq və ən yaxşı halda növbəti mövsümün startı zamanı sıraya dönəcək.
 
Əldə etdiyimiz digər məlumata görə isə "Qarabağ" təcili şəkildə müdafiəçi axtarışlarına başlayıb. Klub Bədavinin yoxluğunda Konfrans Liqasının təsnifat matçlarında komandaya kömək edə biləcək stoper cəlb etməyə çalışır.
 
Bədavi Hüseynov millinin Moldova ilə yoldaşlıq oyununda (0:1) zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest