"Neftçi" PFK-nın yeni mövsümə hazırlıq planında dəyişiklik olub. Matc.az xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək.
 
Texniki səbəblərə görə "Neftçi" Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq. 
 
"Neftçi" iyunun 21-də Sloveniyanın "Olimpiya" (Lyublyana), 29-da isə Rusiyanın "Spartak" (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Bu haqda daha sonra məlumat veriləcək.
 
Qeyd edək ki, Azərbaycanı UEFA çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest