2026-cı il dünya çempionatının beşinci günündə futbol tarixində nadir rast gəlinən unikal hadisə qeydə alınıb.

Matc.az xəbər verir ki, mundialın son oyun günündə keçirilən hər 4 qarşılaşma da heç-heçə ilə başa çatıb.

Bununla da turnir tarixində 68 ildən sonra ilk dəfə 24 saat ərzində keçirilən bütün matçlarda qalib müəyyənləşməyib. Oxşar hadisə sonuncu dəfə 1958-ci il dünya çempionatında yaşanıb.

Beşinci günün startı İspaniya və Kabo-Verde arasındakı sensasiyalı qolsuz bərabərliklə (0:0) yaddan qalıb. Günün digər qarşılaşmalarında isə Belçika - Misir (1:1), Səudiyyə Ərəbistanı - Uruqvay (1:1) və İran - Yeni Zelandiya (2:2) oyunlarında tarazlıq pozulmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest