01 İyul 2021, 19:32
FUTBOL
“Qarabağ” növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Ağdam klubu Ramil Şeydayevlə 2 illik müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Şeydayev köhnə-yeni komandasında “77” nömrəli formanı geyinəcək.
25 yaşlı hücumçu 2017/18 mövsümündə “Qarabağ”da icarə əsasında çıxış edib.