21 Sentyabr 2026, 22:54
FUTBOL
Tanınmış ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını Azərbaycan çempionatında davam etdirəcək.
Tanınmış ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını Azərbaycan çempionatında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "TaToTake" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"ın təklifini qəbul edib. Müqavilənin şərtləri və müddəti hələlik açıqlanmır.
Maksimov üçün bu, ölkəmizdə ikinci iş təcrübəsi olacaq. Ukraynalı mütəxəssis 2017-ci ildə "Keşlə"ni Azərbaycan Kubokunun qalibi edib. Finalda onun komandası digər ukraynalı məşqçi Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ"yə qalib gəlib.
Maksimovun son iş yeri "Vorskla" olub. O, məşqçilik karyerası ərzində "Dnepr-1", "Zvyagel", "Taraz", "Mordoviya", Donetsk "Metallurq"u və "Krivbass"a da rəhbərlik edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu gün baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Naxçıvan təmsilçisi 6 turdan sonra 2 xal toplayaraq Azərbaycan Premyer Liqasının turnir cədvəlində sonuncu – 12-ci pillədə qərarlaşıb.










.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)
