"Trabzonspor" transfer çalışmalarına başlayıb. Klubun prezidenti Ərtoğrul Doğan baş məşqçi Tomas Reysin istədiyi futbolçuları alacaqlarını və komandaya güc qatacaq yarımmüdafiəçinin mütləq lazım olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, qış "transfer pəncərəsi"ndə "bordo-mavililər"in ilk hədəfi Gedson Fernandesdir. Portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyən Trabzon təmsilçisi artıq Rusiya klubunun qapısını döyməyə hazırlaşır. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə qurulan ilk təmaslarda irəliləyiş əldə olunduğu və Tomas Reysin də bu transferə razılıq verdiyi iddia edilir.
Mövsümün əvvəlində də "Trabzonspor"un gündəminə gələn portuqaliyalı futbolçunun transferi həmin vaxt baş tutmamışdı. Rusiyanın "Spartak" (Moskva) klubunda çıxış edən Fernandes bu mövsüm ümumilikdə 11 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Klubu ilə müqaviləsi 2029-cu ildə başa çatacaq Fernandes Rusiya təmsilçisinə 2025-ci ildə "Beşiktaş"dan 20 milyon avro qarşılığında transfer olunmuşdu. 1.83 metr boyu olan futbolçu daha əvvəl Türkiyə Superliqasında "Qalatasaray" və "Rizespor" formalarını da geyinib.













