Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) matçının baş hakimi dəyişib.

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək "Qarabağ" – "Aşdod" (İsrail) matçının baş hakimi dəyişib. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı ukraynalı referi Sergey Boyko idarə edəcək.
 
Ona polşalı yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını da Polşadan Pyotr Lasyik yerinə yetirəcək.
 
Daha əvvəl qarşılaşmanın baş hakimi polşalı Kşiştof Yakubik təyin olunmuşdu.
 
İyulun 22-də keçiriləcək "Qarabağ" – "Aşdod" matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest