Türkiyənin "Qalatasaray" klubu səfərdə Niderland PSV-sinin qonağı olub. İstanbul təmsilçisi bu görüşdə böyük hesabla uduzub və növbəti mərhələ şansını böyük ehtimalla itirib.
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.
Azərbaycanın bu turnirdəki təmsilçisi "Neftçi" də bu mərhələdəki oyununa bu gün çıxıb. "Ağ-qaralar" Yunanıstanın "Olimpiakos" komandasının qonağı olub və minimal hesabla uduzub.
Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Estoniyanın "Flora" komandasını sınağa çəkib və çətin qələbəyə sevinib.
Türkiyənin "Qalatasaray" klubu isə səfərdə Niderland PSV-sinin qonağı olub. İstanbul təmsilçisi bu görüşdə böyük hesabla uduzub və növbəti mərhələ şansını böyük ehtimalla itirib.
2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul
Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) 2:1
Malmö (İsveç) – HİK (Finlandiya) 2:1
Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 0:0
Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:0
PSV (Niderland) – Qalatasaray (Türkiyə) 5:1
Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan) 1:0
Legiya (Polşa) – Flora (Estoniya) 2:1