Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edəcək "Sabah" debüt oyununa çıxıb.

Təmsilçimiz I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS komandası ilə qarşılaşıb. Masazırdakı "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyunun cavab qarşılaşması iyulun 14-də Uelsin Ozuestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
7 iyul

"Sabah" – TNS - 2:0
Qollar: Velko Simiç, 66, Kahem Paris, 84
Qırmızı vərəqə: Zedadka, 90+2

Baş hakim: Patrik Qriskieviç
Baş hakimin köməkçiləri: Marçin Boniek, Bartoş Kasunski
Dördüncü hakim: Voyçex Mus
VAR: Kornel Paşkieviç
AVAR: Bartoş Frankovski
"Bank Respublika Arena" stadionu (Masazır)

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 80. Akim Zedadka, 27. Vladislav Puhaç, 7. Umarəli Rəhmonəliyev, 13. İvan Lepinitsa, 10. Aleksey İsayev, 21. Veljko Simiç, 20. Coy-Lens Mikels, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Seymur Mirzəmmədov, 12. Rauf Əyyubov, 4. Eyden Makkarti, 17. Telman Mütəllimov, 33. Junior Erivaldo Almeyda, 6. Abdulax Xaybulayev, 16. Şakir Rüstəmli, 88. Rodriqo Fernandeş, 89. Nicat Muxtarov, 95. Elçin İbrahimov, 11. Kahem Paris, 23. Yunis Laşabi, 34. Ksander Severina, 99. Patrik Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

TNS: 1. Natan Şepperd, 10. Daniel Redmond, 6. Cek Bodenem, 16. Dinel Simeu, 14. Daniel Uilyams, 15. Eoin Farrell, 4. Dominik Korness, 21. Leo Smit, 19. Ben Klark, 17. Cordan Uilyams, 20. Ris Hyuz.
Ehtiyat oyunçular: 30. Cek Edvards, 44. Corc Cenkins, 3. Isaak Qodvin, 12. Harri Qodsmark-Ford, 22. Daniel Devis, 23. Zak Nolan, 31. Ben Vullem, 40. Ellis Makkyu, 8. Rayan Brobbel, 27. Ceyk Kənavan, 34. Coşua Lok, 35. Brodi Sammers, 7. Daniel Barton, 24. Cek Nədin, 26. Luis Fillips, 37. Isaak Cefferis, 41. Lyuis Vinn.
Baş məşqçi: Kreyq Harrison.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest