"Çox uzun məsafə qət etmişdik. Bu bizim üçün çətin oldu".
Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra təşkil edilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, o, məğlubiyyətin səbəblərini izah edərək uzaq yolun komandaya təsir etdiyini vurğulayıb:
"Çox uzun məsafə qət etmişdik. Bu bizim üçün çətin oldu. Oyundan qopmağa və nəticə göstərməyə çalışdıq, amma olmadı. Cavab matçında nəticə qazanmağa çalışacağıq. Hədəfimiz burada vaxt itkisinə yol vermək deyil, yaxşı nəticə idi. Ev oyunlarımızda güclü rəqiblərə qarşı yaxşı göstəricilərimiz var. Ümid edirəm, bu göstəricilərdən biri də "Sabah"la cavab matçında olacaq".
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Uelsdə baş tutacaq.


 копия_1783466488.jpg)










