Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
 
Nərgiz Səmədova ilk görüşdə İsveç təmsilçisinə minimal hesabla qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı Avropa çempionuna məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz iyulun 22-də təsəlliverici görüşə çıxacaq.
 
49 kq
1/8 final: Nərgiz Səmədova - Ami Olsson (İsveç) 5:4
1/4 final: Nərgiz Səmədova - Mariya Yefremova (Ukrayna) 0:10
Təsəlliverici görüş: Nərgiz Səmədova - Viktoriya Kamela (Polşa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest