Tokio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə daha bir idmançımız qoşulub.  Yüngül çəkidə yarışan Cavid Çələbiyev 1/16 finalda Yaroslav Xartsız (Ukrayna) ilə qarşılaşıb. 
 
Rəqibi üzərində  5:0 hasablı qələbə qazanan Çələbiyev 1/8 finala yüksəlib.
 
İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncü raundda isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.
 
O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
 
Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest