Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Mingəçevir toplanışının ardınca Bakıdakı məşqləri də başa vurub. Matc.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız paytaxtda təşkil olunan toplanışın gedişində 4 yoxlama oyunu da keçirib.
 
Voleybolçularımız Avropa çempionatının iştirakçıları olan Belarus və Macarıstan yığmaları ilə baş tutan görüşündən birində qələbə qazanıb.
 
İyulun 11-dən 25-nə kimi Bakıda təlim-məşq toplanışı keçən komandamız artıq bu gün Yunanıstana yola düşüb. Hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-dan avqustun 16-na qədər burada, ardınca Macarıstanda və Bosniya və Herseqovinada hazırlığa qatılacaq və yoxlama oyunlarında qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Millimizin oyunları paytaxt Belqradda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest