"Neftçi" bu gün Avropa Liqasında mübarizəyə start verib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HJK ilə ilk matçına çıxıb.

Finlandiya təmsilçisi ilə ilk görüş Bakıda baş tutub. UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan bu iki klubun Avroliqadakı mübarizəsində kimin qalib olacağı maraqla gözlənilirdi.

Xatırladaq ki, "Neftçi" çL-in ilk mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan "Olimpiakos"u ilə bacarmamışdı. HJK isə startda "Buduçnost" üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç "Malmö"sünə uduzub.

Dörd qolun qeydə alındığı bu görüşdə isə qalib müəyyənləşməyib. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

Neftçi – HJK 2:2
Qol: Sabir Buqrin, 59. Emin Mahmudov, 80 – Roope Riski, 61. Jair, 65.
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. "Bakcell Arena".

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.
HJK: 12. Yakob Tannander, 3. Yanne Saksela, 5. Daniel O`Şonessi (k), 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. David Braun, 27. Filip Valençiç.
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 7. Luis Enrike, 9. Riku Riski, 14. Sebastyan Dalström, 22. Kevin Kuassivi-Benissan, 29. Antoni Olusanya, 47. Matti Peltola.
Baş məşqçi: Toni Koskela.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest