Çempionlar Liqasında mübarizəni dayandıran "Qalatasaray" qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya "Sent Conston"u ilə heç-heçə edib.
Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib. Matc.az xəbər verir ki, Qazaxıstan "Kayrat"ı doğma meydanda "Alaşkert"lə (Ermənistan) münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
çempionlar Liqasında mübarizəni dayandıran "Qalatasaray" qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya "Sent Conston"u ilə heç-heçə edib.
Şotlandiyanın digər təmsilçisi "Seltik" isə çexiyada "Yablonets"lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sını minimal hesabla üstələyibsə, "Anortosis" Avstriyada "Rapid"ə böyük hesabla uduzub.
Qeyd edək ki, 3-cü mərhələnin cavab oyunları avqustun 12-də baş tutacaq.
Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunları
5 avqust
Kayrat (Qazaxıstan) – Alaşkert (Ermənistan) 0:0
Yablonets (çexiya) – Seltik (Şotlandiya) 2:4
Linkoln (Cəbəllütariq) – Slovan (Bratislava, Slovakiya) 1:3
Omoniya (Kipr) – Flora (Estoniya) 1:0
Qalatasaray (Türkiyə) – Sent Conston (Şotlandiya) 1:1
Mura (Sloveniya) – Jalgiris (Vilnüs, Litva) 0:0
Rapid (Vyana, Avstriya) – Anortosis (Kipr) 3:0