Yeri gəlmişkən, bu qarşılaşmanın baş hakimi Qlenn Nyuberq matçın sonlarında zədələnib. Matçı davam etdirə bilməyən isveçli referini 80-ci dəqiqədə həmyerlisi Boyan Panciç əvəzləyib.

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə "Qarabağ" arasında baş tutan ilk oyunda qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, hər şey Azərbaycan təmsilçisinin 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib.
 
Abdullah Zubirin bərabərlik qolundan sonra kiprli azarkeşlər "Qarabağ"ın texniki zonasında oturan şəxslərə, xüsusilə də baş məşqçi Qurban Qurbanova qarşı təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Bu üzdən də tərəflər arasında qalmaqal yaşanıb. Qarşılaşmanın hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Təxminən 10-15 dəqiqəlik fasilədən sonra görüş davam etdirilib.
 
Yeri gəlmişkən, bu qarşılaşmanın baş hakimi Qlenn Nyuberq matçın sonlarında zədələnib. Matçı davam etdirə bilməyən isveçli referini 80-ci dəqiqədə həmyerlisi Boyan Panciç əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest