İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında İngiltərə üzərində qazanılan qələbəni şərh edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışından razılığını ifadə edib:

"Bizim komandanın böyük ambisiyaları var və qalib gəlməkdən doymaq istəmir. Elə anlar oldu ki, səbr etməli və ingilis futbolçuların istedadına qarşı müqavimət göstərməli olduq, lakin zənnimcə, yenidən toparlanmağı bacaran bir İspaniya gördük. Bu komandanın heç vaxt təslim olmadığını bundan sonra da sübut etməyə çalışırıq.

Bax belə böyük ispan futbolçu qrupuna sahib olduğumuz üçün bəxtimiz gətirib ki, meydana çıxan hər kəs öz rolunu yerinə yetirir və komandaya tərəfdaşının verə bilməyəcəyi şeyi bəxş edir. Onlar bunu qeyri-adi təbiiliklə edirlər", - deyə De la Fuente bildirib.

Qeyd edək ki, İspaniya yığması Millətlər Liqasının ilk turunda səfərdə İngiltərəyə 3:2 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest