"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haland sonuncu dəfə 1974-cü ildə avropalı futbolçuların əldə etdiyi nailiyyəti təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Stats Foot" statistika portalı "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Haland 1974-cü ildə Almaniya yığmasının heyətində Gerd Müllerin göstərdiyi nəticədən (həmçinin 65 qol) sonra əsas milli komandada çıxış etdiyi ilk 57 oyunda 65 qol vuran ilk avropalı futbolçudur.
Xatırladaq ki, Haland Millətlər Liqasının qrup mərhələsinin II turunun matçında qol vurmaqla yadda qalıb. Həmin görüşdə Portuqaliya millisi Norveç yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin I turunda Portuqaliya Uelsə qalib gəlib (1:0), Norveç isə Danimarkanı üstələyib (3:2). Həmin oyunda Erlinq dubl müəllifi olub.













